İngiltərə Premyer Liqasında IX turun mərkəzi görüşündə “Liverpul” səfərdə “Mançester Yunayted”i darmadağın edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “Old Trafford” stadionunda keçirilmiş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə sona çatıb – 5:0.

İlk qolu 5-ci dəqiqədə Salahın ötürməsi ilə Nabi Keyta vurub. 13-cü dəqiqədə Dioqu Jota fərqi artırıb. Növbəti 3 qolu isə Məhəmməd Salah 38-ci, 45+5-ci və 50-ci dəqiqələrdə vurub.

61-ci dəqiqədə isə meydan sahiblərindən Pol Poqba Nabi Keytaya qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Onun komanda yoldaşı Kriştianu Ronaldu isə 45-ci dəqiqədə sarı vərəqə alıb. 52-ci dəqiqədə isə portuqaliyalı hücumçunun qolu ofsaydda olması səbəbindən qeydə alınmayıb.

Highlights: Manchester United 0-5 Liverpool | Salah hat-trick stuns Old Trafford

“Mançester Yunayted” və “Liverpul” komandaları arasında keçirilən görüş qonaqların baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub. Belə ki, 54 yaşlı mütəxəssis Mersisayd təmsilçisində 200-cü qələbəsini qazanıb.

Yurgen Klopp 331-ci qarşılaşmada bu uğura yiyələnib. Bununla da o, “qırmızılar”da 200-cü qələbəyə ən tez çatan baş məşqçi kimi tarixə düşüb.

Bu qələbədən sonra xalını 21-ə çatdıran “Liverpul” 2-ci yerə yüksəlib. “Mançester Yunayted” isə 14 xalla 7-cidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın