Rusiya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ölkələrinin Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması ilə bağlı əldə edilmiş üçtərəfli bəyanata görə daha fəal dəstəyinə ümid bəsləyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Xarici İşlər naziri Sergey Lavrov ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iştirakçılarına video müraciəti zamanı danışıb.

“Münaqişələrin həllində qurumun potensialı tələb olunmaqdadır. İştirakçı dövlətlər ATƏT məkanında böhranlı vəziyyətlərin həlli ilə bağlı əldə olunan anlaşmalara daha çox dəstək göstərməlidirlər. Bu, onların həyata keçirilməsinə töhfə verəcək. Biz bunu Dağlıq Qarabağdakı nizamlama ilə bağlı da gözləyirik. ATƏT-in Minsk Qrupunun üç həmsədri arasındakı əməkdaşlığı dəyərləndiririk”, – deyə Lavrov vurğulayıb.

Öncəki xəbərErmənistanın Baş naziri Nikol Paşinyan istefaya hazır olduğunu deyib
Sonrakı xəbərAzərbaycan Ordusu Vətən Müharibəsində 2783 nəfər şəhid verdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın