Kriştiano Ronaldo dünya rekordçusu oldu: Futbol üzrə milli komanda üçün ən çox qol vuran oyunçu

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo futbol üzrə milli komandalar tarixində ən çox qol vuran oyunçu kimi tarixə düşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, o, İrlandiya ilə qarşılaşmada karyerası boyunca 109 qol vuran İran yığmasının Azərbaycan əsilli əfsanəsi Əli Daeiyənin rekordunu geridə qoyub.

Qarşılaşmada vurduğu ilk top Ronaldonun Portuqaliya millisində toplamda 110-cu qolu olub. Oyunun sonunda daha bir qol vuran Kriştiano Ronaldo dublunu rəsmiləşdirərək həm rekord nəticəni bir az da yaxşılaşdıraraq 111-ə çatdırıb, həm də komandasına qələbə qazandırıb.


Portugal vs Republic of Ireland 2−1 – Extеndеd Hіghlіghts & All Gоals 2021 HD

36 yaşlı futbolçu “Instagram” səhifəsində öz nəticəsini belə şərh edib:

“Danışmağa söz tapa bilmirəm! Sevinc içindəyəm. Bu heyrətamiz bir duyğudur. İrəli, Portuqaliya!”.

Hücumçu, karyerasında bir çox yüksək uğurlara imza atdığını, ancaq bu göstəricinin onun üçün özəl olduğunu vurğulayıb.

“Birincisi ona görə ki, öz ölkəsini təmsil etmək özəl bir duyğudur və sən bütün dünyaya portuqaliyalıların nəyə qadir olduğunu göstərirsən. İkincisi, milli komanda yarışları mənə həmişə çox güclü təsir edib. Kumirlərimin hər yay Avropa və Dünya Çempionatında təmsil etdikləri ölkə üçün oynadıqlarını izləyərək böyümüşəm.

Portuqaliyalı ulduz qazandığı uğuru indiki qədər yüksək dəyərləndirməyinin başqa bir səbəbini də Əli Daeiyənin imza atdığı yüksək standartla bağlı olduğunu bildirib:

“Ali Daeiyə standartı o qədər yüksək səviyyəyə qoymuşdu ki, hətta bəzən bu nəticəni heç vaxt ötə bilməyəcəmi düşünürdüm. Rekordu bu qədər uzun müddət saxlaya bildiyi üçün Əlini təbrik edirəm.

Təşəkkürlər Portuqaliya. Bu səyahəti unudulmaz hala gətirdikləri üçün bütün komanda yoldaşlarıma və rəqiblərə təşəkkür edirəm. Gəlin önümüzdəki illərdə də meydanda oyunlarımızı davam etdirək! Mən hələ qol hesabımı bağlamıram”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir