“Avropa Birliyi (AB) ölkələri mayın 30-da Rusiyadan neft idxalına qadağa qoya bilməyəcək”

YALAN.info bildirir ki, bu məlumatı Reuters agentliyi bazar ertəsi Estoniyanın Baş naziri Kaya Kallasa istinadən yayıb.

Kaya Kallas deyib ki, AB ölkələri mayın 30-da keçiriləcək quruma üzv dövlət başçılarının Sammitində Rusiya neftinin idxalına qadağa qoyulması ilə bağlı razılığa gələ bilməyəcək. Onun sözlərinə görə, bu qərarın “AB dövlət başçılarının növbəti sammitində razılaşdırıla biləcəyi” ehtimalı daha yüksəkdir.

Yada salaq ki, artıq üç həftədən artıqdır ki, AB ölkələri Rusiyaya qarşı neft embarqosunun da daxil olduğu altıncı sanksiyalar paketi üzrə kompromis əldə edə bilmirlər. Altıncı paketin qüvvəyə minməsindən altı ay sonra Rusiya Federasiyasından xam neftin idxalına, 2023-cü ildən isə neft məhsullarının idxalına qadağa qoyulması təklif edilir. Macarıstan bu tədbirlərə qarşı çıxır və bir sıra başqa ölkələrin dəstəyi ilə onların qəbulundan gələn zərərin Avropa iqtisadiyyatı üçün təhlükəli olacağını bildirir.

Öncəki xəbərÇinin 30-a yaxın hərbi təyyarəsi Tayvanın hava məkanına soxulub
Sonrakı xəbərŞarl Mişel: AB Rusiya neftinə qismən qadağa qoyulması ilə bağlı razılığa gəlib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın