Avropa Birliyi ölkələri Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması ilə bağlı razılığa gəliblər.

YALAN.info bildirir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) bəyan edib.

“Rusiya neftinin AB-yə ixracını qadağan edən anlaşma. Bu, Rusiyanın neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və onun döyüş maşını üçün böyük maliyyə qaynağını kəsir. Müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq”, – o, Twitterdə yazıb.

Şarl Mişel əlavə edib ki, Avropa Birliyi liderləri həmçinin “Sberbank”ın SWIFT-dən ayrılmasını da təsdiqləyiblər: “Bu sanksiyalar paketinə başqa sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı “Sberbank”ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın