Kanada İran İslam Respublikasına qarşı sanksiyalar siyahısını genişləndirib.

YALAN.info bildirir ki, siyahıya daha dörd fiziki şəxs və beş təşkilatın adı əlavə edilib.

Bununla bağlı Kanada xarici işlər naziri Melani Coli açıqlama verib.

Nazir qeyd edib ki, məhdudiyyətlər İranda davam edən insan haqlarının pozulması ilə əlaqədar tətbiq edilir. Siyahıya əsasən ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Həsən Kərəmi, “Cavan” xəbər agentliyi, eləcə də “Safiran Airport Services” şirkəti əlavə edilib. Kanada “Safiran Airport Services” şirkətinin İrana məxsus pilotsuz təyyarələrin Rusiyaya göndərilməsində iştirak etdiyi qənaətindədir.

Qeyd edək ki, bundan öncə İranda baş verən etirazlar fonunda Kanada İranın onlarla fiziki və hüquqi şəxsini, o cümlədən SEPAH üzvlərini iqtisadi sanksiyalar siyahısına salıb.

Həmçinin “Shahed” və “Mohajer-6” pilotsuz uçuş aparatlarını istehsal edən “Shahed Aviation Industries” və “Qods Aviation Industries” şirkətləri də Kanada sanksiyalarına daxil edilənlər sırasındadır. Ottava iddia edir ki, bu şirkətlər Ukraynadakı müharibədə istifadə üçün öz məhsullarının Rusiyaya tədarükündə iştirak etmiş ola bilərlər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın