“ABŞ və Fransa ATƏT-in Minsk qrupunun “basdırıldığını” elan etdi, Rusiyanın bu məsələyə heç bir aidiyyətı yoxdur”.

YALAN.info bildirir ki, bunu Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Vaşinqton və Paris rəsmi şəkildə Moskva ilə heç bir yerdə heç bir formatda əməkdaşlıq etməyəcəklərini bildirdilər. Bununla da onlar ATƏT-in Minsk qrupunun çalışmalarına son verildiyini açıqlamış oldular.

“Bir vaxtlar ATƏT-in Minsk qrupu yaradılanda məqsəd bölgəyə təsir gücü olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-ın həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı”, – Rusiya xarici işlər naziri deyib.

Onun sözlərinə görə, indi Avropa Birliyi (AB) rəsmi Bakı ilə İrəvan arasındakı əlaqələrin normallaşdırılması prosesində özünü vasitəçi kimi təqdim etməklə “dəfn olunmuş” ATƏT-in Minsk qrupunun yoxluğunu kompensasiya etməyə çalışır.

Lavrov: “Azərbaycan öz vətəndaşları kimi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır”

“Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin başqa vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır,” – S.Lavrov deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə gələndə Praqadan sənədi gətirmişdilər. Həmin sənəddə onların sülh müqaviləsini BMT Nizamnaməsini və Alma-Ata Bəyannaməsini rəhbər tutaraq imzalamaq istədikləri qeyd olunub. MDB-nin yaradılması haqqında Alma-Ata Bəyannaməsində isə aydın şəkildə qeyd olunub ki, yeni yaradılan dövlətlər arasında sərhədlər keçmiş SSRİ dövlətləri arasındakı inzibati sərhədlərə əsaslanır. Həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Şarl Mişel tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Bu, təbii ki, gələcək işləri yüngülləşdirir, çünki Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir,” – diplomat əlavə edib.

O, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiyanın səyləri barədə də danışıb: “Biz rəsmi Bakı və İrəvan ilə 10-a yaxın görüş keçirmişik. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Rusiya regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində tərəflərə kömək göstərməyə davam edir. Bundan başqa, Rusiyanın sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması işində tərəflərə kömək etməsi barədə razılıq əldə olunub”.

Lavrov: “Alma-Ata Bəyannaməsi imzalananda DQMV Azərbaycan SSR-in tərkibində olub”

“Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 “Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel – Red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir”, – Lavrov deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın