Qarabağda Azərbaycan-Ermənistan arasında baş vermiş Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilən igidlərdən biri də Kərimli Bodur Eldar oğludur.

1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir. O, Ağstafa rayon Şahin Abadovadına orta məktəbi bitirib.

Hərbi xidmətdə Qusar rayonunda olub. 2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.

“Report” xəbər verir ki, əsgər Kərimli 44 günlük müharibə boyunca 12 ermənini məhv edib, çox sayda düşmən yaralayıb. B.Kərimli indi də N saylı hərbi bölmədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.

Bodur ailəlidir. İki oğlu var.

Vətən müharibəsində 12 ermənini məhv etmiş igid
Öncəki xəbərABŞ Konqresi Co Baydenin prezident seçkilərindəki qələbəsini təsdiqlədi
Sonrakı xəbərMüdafiə Nazirliyindən hərbi forma geyinən mülki şəxslərə xəbərdarlıq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın