ABŞ Senatı və Nümayəndələr Palatası Cozef Baydenin prezident seçilməsini təsdiqləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, toplantı ABŞ-ın xəbər telekanallarında canlı yayımlanıb.

Co Bayden Konqresin 270-dən çox seçici səsini qazanıb.

Konqresdəki seçici səslərinin təsdiqlənməsi noyabr səsverməsinin nəticələrini ümumiləşdirmə prosesinə və ABŞ administrasiyasının növbəti rəhbərinin rəsmi olaraq kim olduğu barədə mübahisələrə son qoymalıdır.

Baydenin seçilməsindən sonra Trampdan ilk açıqlama

ABŞ Prezidenti Donald Tramp son hadisələrdən və Co Baydenin rəsmi olaraq ABŞ Prezidenti seçilməsindən sonra ofisi təhvil verəcəyi ilə bağlı yazılı açıqlama verib.

“Nəticə ilə qətiyyən razı deyiləm, həqiqətlər mənim haqlı olduğumu sübut edir. Yenə də 20 yanvarda nizamlı şəkildə prezidentlik postunun təhvil verilməsi olacaq. Bu, ABŞ-ı yenidən böyük etmək üçün apardığımız mübarizənin yalnız başlanğıcıdır”, – deyə Tramp açıqlamasında vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın