Qarabağda Azərbaycan-Ermənistan arasında baş vermiş Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilən igidlərdən biri də Kərimli Bodur Eldar oğludur.

1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir. O, Ağstafa rayon Şahin Abadovadına orta məktəbi bitirib.

Hərbi xidmətdə Qusar rayonunda olub. 2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.

“Report” xəbər verir ki, əsgər Kərimli 44 günlük müharibə boyunca 12 ermənini məhv edib, çox sayda düşmən yaralayıb. B.Kərimli indi də N saylı hərbi bölmədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.

Bodur ailəlidir. İki oğlu var.

Vətən müharibəsində 12 ermənini məhv etmiş igid

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın