Rusiyanın Ukraynaya hücumundan sonra başqa ölkəyə müdaxilə etməyəcəyinə zəmanət yoxdur.

YALAN.info bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts isveçli və finlandiyalı həmkarları ilə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, son onilliklərdə Avropa sərhədlərin güc yolu ilə dəyişdirilməsi prinsipindən imtina edib və dövlətlərin suverenliyinə hörmətlə yanaşılmalı olduğunu təsdiqləyib.

“Rusiya bu status-kvonu pozub və ona görə də heç kim deyə bilməz ki, Rusiya prezidenti Vladimir Putin bir daha eyni şeyi etməyəcək”, – Almaniya lideri bildirib. Kansler məhz bu səbəbdən ölkəsinin hərbi büdcəsini artırdığını, eləcə də Finlandiya və İsveçin NATO-ya qəbulunu dəstəklədiyini açıqlayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın