İspaniya Krallığının tələbinə görə, Kataloniya rəhbəri Karles Puçdemon (Carles Puigdemont) oktyabrın 16-na qədər çərşənbə axşamı imzalanan müstəqillik bəyannaməsinə aydınlıq gətirməlidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bununla bağlı parlamentin aşağı palatasında çıxışı zamanı İspaniya hökumətinin başçısı Mariano Raxoy bəyan edib.

“Əgər müsbət cavab olsa və ya ümumiyyətlə cavab olmasa, Puçdemon bu müstəqillik bəyannaməsini ləğv etməlidir”, – Mariano Raxoy bildirib.

Onun sözlərinə görə, bunun üçün Kataloniya hökumətinə oktyabrın 19-na qədər vaxt verilir.

Yada salaq ki, Kataloniya hökumətinin başçısı Karles Puçdemon və muxtariyyətin başqa liderləri regionun İspaniyadan ayrılaraq müstəqilliyinin elan edilməsi ilə bağlı sənədə qol çəkiblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın