“Azərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu İran İslam Respublikasının yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi deyib.

Onun sözlərinə görə, müştərək tarixə, dinə və milli adət-ənənəyə malik olan qonşu və dost dövlətlərin böyük potensialı var. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq gərəkdir.

Seyid İbrahim Rəisi qeyd edib ki, yeni hökumət yaxın qonşuları ilə münasibətlərin inkişafına özəl diqqət yetirəcək. Bu baxımdan Azərbaycan İranın yaxın qonşusu və dost dövlətdir. İndi İran ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr var. Ancaq bu əlaqələr daha da genişləndirilə edə bilər. İqtisadiyyat, texnologiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar var. İran şirkətləri işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməyə hazırdır.

Prezident diqqətə çatdırıb ki, regional güvənlik məsələsində də iki dövlətin əlaqəli fəaliyyəti zəruridir. Regionda sülhün və əmin-amanlığın davamlı xarakter alması üçün birgə addımların atılması önəmlidir. Rəsmi Tehran və Bakı xalqların mənafeyi üçün daha sıx əməkdaşlıq əlaqələri qurmalı və əlaqələr davamlı xarakter almalıdır.

Öncəki xəbərTokio Olimpiadası: Hacı Əliyev Azərbaycana ikinci gümüş medalı qazandırdı
Sonrakı xəbərTokio-2020: Mariya Stadnik dördüncü Olimpiya medalı ilə Azərbaycan tarixinə düşdü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın