İran İslam Respublikası və bir sıra başqa ölkələrin nümayəndə heyətləri üzvlük haqqı borclarına görə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasında səsvermə hüququnu müvəqqəti itirib.

Təşkilatının baş katibi Antonio Quterreşin Baş Assambleyanın 76-cı sessiyasının sədri Abdulla Şahidə ünvanladığı məktubun mətnində İranla yanaşı borcu olan daha 10 dövlətin adı var. Bunlar Venesuela, Sudan, Antiqua və Barbuda, Vanuatu, Qvineya, Komor Adaları, Konqo, Papua-Yeni Qvineya, San-Tome və Prinsipi, eləcə də Somalidir.

Bununla yanaşı, Baş Assambleya “ödənişin gecikdirilməsinin ondan asılı olmayan hallar (təşkilatın üzvü – red.) səbəbindən baş verdiyini” qəbul etsə, səsvermədə iştiraka icazə verə bilər. Beləliklə, Komor Adaları, San-Tome və Prinsipi və Somalinin 76-cı sessiyanın sonuna qədər səsvermədə iştirakına icazə verilir.

Qeyd edək ki, səsvermə hüququnu bərpa etmək üçün Venesuela 39,8 milyon dollar, İran 18,4 milyon dollar, Sudan 299 min dollar, Vanuatu isə 194 dollar ödəməlidir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın