“İranla nüvə proqramına dair danışıqlara başlamaq üçün bu ölkəyə tətbiq olunan sanksiyaları ləğv etməyəcəyik”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden (Joe Biden) deyib.

“ABŞ İrana tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. İran hər şeydən öncə uranı zənginləşdirməklə bağlı çalışmalarını dayandırmalı, nüvə anlaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, – Bayden vurğulayıb.

Xatırladaq ki, İranın dini lideri Əli Xameneyi dünən ölkəsinin nüvə anlaşması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün öncəki şərtini təkrarlayıb.

O deyib ki, hər şeydən öncə ABŞ-ın İrana qarşı tətbiq etdiyi bütün sanksiyalar ləğv olunmalıdır: “Amerikalılarla avropalıların bizə şərt qoymağa haqqı yoxdur. Çünki onlar nüvə anlaşması ilə bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozublar. Şərt qoymağa haqqı çatan tərəf isə İran İslam Respublikasıdır. Çünki indiyə qədər anlaşma ilə üzərinə götürdüyü öhdəliklərə əməl edib”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın