İlon Maskın Twitter paylaşımı yenə Bitcoin-in qiymətini aşağı saldı

İlon Maskın Tvitindən sonra dünyada ən populyar kriptovalyuta olan “Bitcoin”in qiyməti düşüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, rəqmsal valyutanın dəyərinin düşməsi İlon Maskın öz “Twitter” hesabında kriptovalyuta ilə bağlı paylaşımından sonra baş verib.

Onun “Bitcoin”lə yanaşı qırılmış ürək emojisi paylaşımı kriptovalyutanın 1000 dollardan çox ucuzlaşmasına gətirib çıxarıb.

Mask eyni zamanda, Linkin Parkın “Sonda” mahnısından (In the end) bir qədər dəyişdirilmiş sitatı artırıb: “Yəni sonda bunun heç bir önəmi yoxdur?”

Bundan sonra kripto valyutası təxminən 38,5 min dollardan 37,3 minə düşüb.

Ticarət ölçüsü baxımından ən böyük kriptovalyuta birjası olan “Binance”da “Bitcoin” 5,5 % ucuzlaşaraq 36,58 min dollar olub.

20-dən çox mübadilə üçün ortalama qiyməti hesablayan “CoinMarketCap” portalına görə, “Bitcoin” 5,1 %  nisbətində 36,74 min dollara qədər ucuzlaşıb.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir