Dünya bazarında neftin qiymətlərində artım izlənilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, WTI markalı neftin fyuçersləri 1,18 % artaraq, bir bareli 69,62 dollar olub.

“Brent” markalı neftin fyuçersləri 0,81 % artaraq, bir bareli 71,89 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 ABŞ dollar artaraq, 72,48 ABŞ dollar olub.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın