“Twitter” sosial şəbəkəsini almaq niyyətində olan amerikalı sahibkar İlon Mask şirkəti platformadakı saxta hesablar haqqında məlumat əldə etməsinə mane olmaqda ittiham edib.

YALAN.info bildirir ki, biznesmen belə davam edəcəyi halda sosial şəbəkənin səhmlərini almaqdan imtina edə biləcəyini deyib.

İş adamı qeyd edib ki, “Twitter”in bu hərəkəti anlaşmanın şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərin açıq-aşkar pozulmasıdır və o, bundan irəli gələn bütün hüquqlarını, o cümlədən əməliyyatları tamamlamamaq və birləşmə anlaşmasını ləğv etmək hüququnu özündə saxlayır.

Onu da bildirək ki, mayın ortalarında Mask anlaşmanın müvəqqəti dayandırıldığını elan edib. Ancaq “Twitter” əməkdaşları razılaşmanın plana uyğun davam etdiyini və onun dayandırılmasının mümkün olmadığını bəyan ediblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın