ABŞ-ın keçmiş prezidenti Donald Trampın Twitter hesabı blokdan çıxarılıb. Bu, şənbə günü, noyabrın 19-da məlum olub.

YALAN.info bildirir ki, bununla bağlı “Twitter” şirkətinin yeni sahibi, dünyanın ən varlı iş adamı İlon Mask hesabların bərpasına dair sorğunun nəticələrinə əsasən qərar verib.

Sorğuda iştirak edən 15 milyon respondentin çoxu (51,8 %) bunun lehinə olub. Donald Trampın özü də Maskın sorğusuna “heç yerə hazırlaşmadığını” bildirməklə reaksiya verib və özünün “Truth” sosial şəbəkəsini özəl adlandırıb.

Yada salaq ki, “Twitter” 2021-ci ilin yanvarında Respublikaçı tərəfdarların Kapitoliyə hücumu fonunda Trampın hesabını bloklamışdı. Platformanın rəhbərliyi qərarını “zorakılığa daha da təhrik etmək riski” ilə əsaslandırıb. Siyasətçinin həmçinin Facebook, Instagram, Snapchat və Twitch sosial şəbəkələrindəki hesabları da bloklanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın