Ötən axşam Kaliforniyada keçirilən “MTV Movie & TV Awards” mərasimində dünyaca məşhur ulduz Cennifer Lopez (Jennifer Lopez) də mükafata layiq görülüb.

YALAN.info bildirir ki, tanınmış müğənni “On My Way” mahnısına görə “Generation Award”da mükafat alıb.

Lopez mükafatını alarkən səhnədə danışdığı zaman göz yaşlarına boğulub. 52 yaşlı ifaçı göz yaşları içində hərkəsə təşəkkür edib: 

“Birlikdə işləməkdən zövq aldığım bütün gözəl insanlara təşəkkür etmək istəyirəm. Mənə həyat, sevinc bəxş edənlərə, həm də ürəyimi qıranlara təşəkkür edirəm. Mənə həqiqəti deyənlərə və yalan danışanlara təşəkkür edirəm.

Məni daha güclü etdiyinə görə məyusluqlara, yıxılmalara və mənə sevməyi öyrətdiyinə görə övladlarıma təşəkkür edirəm. Hər kəsə, eləcə də Benə (Hollivud aktyoru Ben Afflek – Red.) və məni evdə naharda gözləyənlərə təşəkkür edirəm. Mən saat yeddidə orada olacağam”.

Jennifer Lopez Receives Generation Award | 2022 MTV Movie & TV Awards
Jennifer Lopez – On My Way (Marry Me) (Official Video)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın