Tesla şirkətinin müsbət rüb hesabatı və Hertz şirkətinin çoxlu sayda Tesla elektromobillərini sifariş etməsi elektromobil istehsalçısının bazar dəyərinin 1 trilyon dollara yüksəlməsinə səbəb olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, İlon Mask (Elon Musk) bunun sayəsində Forbes reytinqi tarixinin ən varlı şəxsi statusunu əldə edib. Bu həftə Maskın sərvəti 271,3 milyard dollar dəyərində qiymətləndirilirdi.

Bu göstərici isə keçən həftənin cümə günündə olmuş göstəricidən 41,7 milyard dollar çoxdur. Maskın sərvətinin bu cür yüksək templə artımı Tesla səhmlərinin qiymətinin 13 % yüksəlməsi ilə bağlıdır.

Forbes-un verdiyi məlumata görə, Maskın sərvəti indi ilk dəfə olaraq 300 milyard dollara yaxınlaşıb. Daha öncə planetin ən varlı şəxsləri reytinqinə Amazon şirkətinin keçmiş CEO-su Jeff Bezos liderlik edirdi. Bu ilin iyul ayında Amazon şirkətinin səhm qiymətləri pik göstəricidə idilər. Bunun sayəsində Bezosun sərvəti 212 milyard dollara yüksəlmişdi. Maskın sərvətinin əsas hissəsini onun Tesla-dakı 21 % payı təşkil edir.

Öncəki xəbərRövşən Əkbərova hökm oxundu: 10 il cəza çəkəcək, 40 min manat ödəyəcək
Sonrakı xəbərHürrəm Sultanın 400 illik portreti İngiltərədə satıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın