Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Twiter səhifəsində Azərbaycana səfəri ilə bağlı video paylaşıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, D.Harris Heydər Əliyev Beynəlxalq Aeroportundan paylaşım edib.

‪O, paylaşımında Azərbaycana səfərlərini yada salaraq ölkəmizin bir çox anlamda heyranedici olduğunu söyləyib. Vurğulayıb ki, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşən Azərbaycanın dünya üçün önəmi böyükdür.

O deyib: ‪“Bizim üçün Azərbaycanın regional və qlobal önəmi böyükdür. Azərbaycanın yəhudi icması üçün də önəmlidir. 2500 ildir ki, yəhudilərin bu torpaqlarda yaşamasına baxmayaraq, heç vaxt anti-semitizmə qarşılaşmayıblar”.

Devid Harris bildirib ki, uzun illər boyunca Azərbaycan yəhudiləri ilə dünyanın çeşidli ölkələrində qarşılaşıb. Onların hər birinin ortaq cəhəti Azərbaycana bağlılıqlarıdır. Əhalisinin çox hissəsi şiə müsəlmanları olan ölkədə onlar bir ailə kimi birgə, mehriban şəraitdə yaşayırlar.

Azərbaycan İsrail dövləti üçün də önəmlidir. Bizim diplomatik əlaqələrimiz var. Demək olar ki, iki ölkə arasında bütün sahələrdə əlaqələr sıxdır. Bu ölkə strateji önəminə, coğrafi mövqeyinə, zəngin enerji yataqlarına, ABŞ ilə münasibətlərinə, İsraillə əməkdaşlığına, dini tolerantlığına və yəhudi xalqına göstərdiyi sayğıya görə böyük önəm daşıyır. Buna görə mən buraya 13-cü dəfədir gəlirəm”, – deyə Devid Harris vurğulayıb.

Onu da yada salaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın