“Ermənistanın hərbi doktrinasında və Təhlükəsizlik Konsepsiyasında yeni ərazilərin işğalı nəzərdə tutulur”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev deyib ki, Azərbaycan Ordusu öz ərazimizdə müdafiə xarakterli əməliyyatlar keçirir: “Məqsəd mülki əhalini qorumaq, işğalçını sülhə məcbur etməkdir. Ermənistanın indiyə qədər apardığı siyasətdə məqsəd danışıqlar prosesini məhv etmək idi və buna nail oldu. Ermənistan işğal olunmuş ərazilərdən çıxmamaq üçün hərbi, siyasi təxribatlara yol verir. Bu, Azərbaycana qarşı növbəti təcavüz cəhdi, Azərbaycanı güclə hədələməkdir”.

Öncəki xəbərXİN: Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur
Sonrakı xəbərDünyada Koronavirusdan (COVID-19) bir milyondan çox insan öldü
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın