“Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər Ermənistan və başqa ölkə jurnalistlərinin Xankəndidən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi ilə Xankəndi-Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib.

Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək, Ermənistanın Vardenis rayonuna doğru gedir.

Digər yol isə Laçın dəhlizi vasitəsilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir”, – deyə H.Hacıyev qeyd edib.

Öncəki xəbərRəsmi Bakı Ermənistanın yalan xəbərlər hazırlayaraq yaymasına qarşılıq verdi
Sonrakı xəbərOsman Gündüz: McDonald’s Azərbaycan dövlətə xəyanət maddəsi ilə ittiham oluna bilər
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın