“Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər Ermənistan və başqa ölkə jurnalistlərinin Xankəndidən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi ilə Xankəndi-Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib.

Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək, Ermənistanın Vardenis rayonuna doğru gedir.

Digər yol isə Laçın dəhlizi vasitəsilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir”, – deyə H.Hacıyev qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın