“Xarici ölkə səfirlərindən biri mənə dedi ki, Ermənistan həmişə özünü mədəni xalq kimi göstərməyə çalışıb. Ancaq bu qədər vandallıq törədib, məzarları dağıdıb. Diplomatik etika xatirinə onun adını açıqlamayacağam”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Xudafərin körpüsündə jurnalistlərə açıqlama verən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, dünyanın müxtəlif qaynar bölgələrində olan jurnalistlərin və xarici diplomatların Cəbrayıl və Zəngilana səfərləri çox önəmlidir.

“Ona görə ki, onlar durumu öz gözləri ilə görürlər. Diplomatik missiyada belə bir prosedur var ki, diplomatlar qulluq etdikləri ölkə ilə bağlı öz dövlətlərinə məlumat verirlər. Bu anlamda onların Cəbrayılda dağıdılmış məzarlıqlarla tanışlığı əhəmiyyətlidir”, – deyə H.Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, xarici diplomatlar öz gözləri ilə Ermənistanın qəbirlərlə, cəsədlərlə mübarizə aparmasının əyani şahidi oldular.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın