Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan (Recep Tayyip Erdoğan) ölkəsinin Avropa Birliyinə (AB) qoşulması məsələsinin referenduma çıxarıla biləcəyini söyləyib.

“Qərb deyir ki, biz ölüm hökmünü tətbiq edə bilmərik. Ancaq bu xalqın taleyi sizin əlinizdə deyil. Artıq 53 ildir ki, Türkiyəni AB-nin qapısında saxlayıblar. Sən, Avropa Parlamentinin başçısı, kimsən axı? Siz öz parlamentinizi terror qurumlarından təmizləyin, sonra danışarıq. Siz ekstremistlərə yardım edirsiniz, sonra isə Türkiyəni AB ilə hədələyirsiniz. Siz gecikmisiniz, gəlin indi hər şeyi həll edək. İlin sonuna qədər gözləyək, sonra son qərarın qəbul olunması üçün Türkiyə xalqına müraciət edək”, – Ərdoğan Ankarada çıxışı zamanı bunları deyib.

Türkiyə prezidenti bildirib ki, əgər ölkə parlamenti ölüm hökmünün tətbiq edilməsiylə bağlı qərar qəbul etsə, o bu qərarı dəstəkləyəcək.

“Bu məsələ referenduma da çıxarıla bilər”, – Ərdoğan əlavə edib.

Qeyd edək ki, Avropa Komissiyasının noyabrın 9-da yaydığı bəyanatda rəsmi Ankaranın vətəndaş cəmiyyəti, insan haqları və söz azadlığı sahələrində apardığı siyasət tənqid olunub. Bəyanatda həmçinin Türkiyə qanunvericiliyinin AB normalarına uyğun olmadığı göstərilib.

Avropa Parlamentinin başçısı Martin Şults ötən şənbə Türkiyəni müxalifətjurnalistlərə qarşı siyasəti ilə bağlı iqtisadi sanksiyalarla hədələyib.

1 AÇIQLAMA

  1. Avropa parlamentini qınayır, Dünyanı söyür, Amerikanı bəyənmir – bu adam Türkiyə adından hərkəslə üz-göz olmağa çalışır
    vətəndaşlara da özünü “qorxmaz” “sözü üzə deyən” kimi reklam etdirir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın