Rusiyalı qarışıq döyüş ustası Həbib Nurməhəmmədov peşəkar döyüş karyerasını başa vurmasının səbəbini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ESPN telekanalına müsahibə verən yüngül çəkidə UFC çempionu öz qərarını əsaslandırıb və gələcək planlarından danışıb.

“Mən kim olduğumu sübut etmək üçün peşəkar idmana gəldim və dünya çempionu oldum. Üç dəfə titulumu qorudum. Daha nə edim? Pula görə döyüşüm? Mənə pul lazım deyil”, – deyə Həbib bəyan edib.

Bununla yanaşı, idmançı gələcək planlarıyla da bölüşüb.

“Ailəmlə birlikdə keçirdiyim vaxtdan zövq alacağam. Mənim qardaşlarım hələ də döyüşməyə davam edirlər. Onlara dəstək olacağam. Mənim bir neçə biznes layihəm də var”, -deyə UFC çempionu bildirib.

Qeyd edək ki, H.Nurməhəmmədov peşəkar rinqdə keçirdiyi 29 görüşün hamısını qələbə ilə başa vurub. Yenilməz döyüşçü ötən ilin oktyabrında karyerasını bitirdiyini açıqlayıb.

Öncəki xəbərSiyasi qalmaqal böyüyür: ABŞ Prezidenti Co Bayden Vladimir Putini hədələdi
Sonrakı xəbərBred Pitt Ancelina Colinin məişət zorakılığına dair iddialarından şoka düşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın