Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colinin məhkəmədə öz tərəfindən məişət zorakılığına dair dəlillər təqdim edəcəyini öyrəndən sonra “kədərdən ölmək üzrə olub”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “The New York Post”a Pittə yaxın bir mənbə deyib.

“Ancelinanın bu yola baş vurması Bredi çox kədərləndirib. Boşandıqdan sonra cütlük arasında çoxlu mənfi emosiyalar qalıb. Pitt hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürüb, keçmiş səhvlərini etiraf edib, içki içməyi dayandırıb”, – deyə müsahib bildirib.

Mənbə Coli və Pittin birlikdə yaşadıqlarının “çox ehtiraslı və müəyyən anlarda toksik olduğunu” deyib:

“Bir çox cütlük kimi onların da davaları olub, ancaq bir çox yaxşı anlar da yaşayıblar”.

O, Colinin məhkəməyə şiddətlə bağlı sübutlarla çıxacağı barədə xəbərlərin yayılmasının hökmə təsir göstərilməsi üçün olduğunu ehtimal edib.

“Bred onu öz övladlarından təcrid etməyə çalışdıqlarını düşünür və bundan çox kədərlənir”, – deyə mənbə əlavə edib.

Qeyd edək ki, martın 19-da Coli və Pittin böyük oğlu 19 yaşlı Maddoksun məhkəmədə atasına qarşı ifadə verdiyi məlum oldu. Daha öncə Colinin 2016-cı ilin sentyabrında başlayan boşanma prosesi çərçivəsində keçmiş əri tərəfindən məişət zorakılığı ilə bağlı dəlillər təqdim edəcəyi bildirilmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın