Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov növbəti dəfə məğlubedilməz döyüşçü obrazını qoruyub saxlayıb.

O, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən UFC-254 turnirində yüngül çəkidə müvəqqəti çempion Castin Qeyciyə (Justin Gaethje) qalib gələrək çempionluq kəmərini yenidən ələ keçirib.

Nurməhəmmədov ikinci raundda amerikalı rəqibini boğucu fəndlə təslim olmağa məcbur edib.

O, daha sonra çıxış edərək anasına söz verdiyini, bu döyüşün onun üçün sonuncu olduğunu açıqlayıb. 32 yaşlı dağıstanlı idmançı UFC tarixində məğlubedilməz qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov peşəkar MMA karyerasına 2008-ci ildə azərbaycanlı Vüsal Bayramovu məğlub etməklə başlayıb. O, keçirdiyi 29 döyüşdə uduzmayan yeganə MMA idmançısıdır.

UFC rəhbəri Həbib Nurməhəmmədovu “planetin ən qəddar əclafı” adlandırdı

UFC rəhbəri Deyna Uayt (Dana White) rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovu “planetin ən qəddar əclafı” adlandırıb.

Lenta.ru-nun məlumatına görə, bunu o, UFC 254 turnirindən sonra keçirilən mətbuat konfransında deyib.

“Təəccüblüdür, ancaq bu adam hələ bir raund belə uduzmayıb”, – deyə Uayt əlavə edib.

Onun sözlərinə görə, döyüşçünün təzyiqi inanılmazdır, eyni zamanda, onun zərbə gücünü yüksək dəyərləndirmək gərəkdir.

Öncəki xəbərRüstəm Orucov: Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm
Sonrakı xəbərŞanlı Azərbaycan Ordusu Xocavənd, Qubadlı və Laçın rayonlarında yeni mövqelərə irəliləyib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın