Gürcüstan hoküməti koronavirus pandemiyası (COVID-19) ilə bağlı bir ay müddətinə fövqəladə vəziyyət elan edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı birdirir ki, bununla bağlı “RİA Novosti” agentliyi Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın açıqlamasına istinadən xəbər yayıb.

Qərar ölkənin prezidenti Salome Zurabişvili tərəfindən doğrulanmışdır.

Son məlumata əsasən, Gürcüstanda koronavirusa yoluxanların sayı 40 nəfərə çatıb.

Qırğızıstanın Oş, Cəlalabad və Batken bölgələrində fövqəladə vəziyyət

Qırğızıstan Təhlükəsizlik Şurası hökumətə bazar günündən etibarən bütün respublika ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqini tövsiyə edib.

Bu haqda “Sputnik” xəbər yayıb. Eyni zamanda, səlahiyyətlilər koronavirus (COVID-19) hadisələrinin aşkarlandığı Oş, Cəlalabad və Batken bölgələrində fövqəladə vəziyyət elan edib.

Qırğızıstanda ümuilikdə 12 nəfər COVID-19-a yoluxub. Onlar hamısı Səudiyyə Ərəbistanı və Küveytdə müqəddəs yerlərə ziyarətdən qayıdanlardır.

Öncəki xəbərAlmaniyada Koronavirusdan Ölənlərin Az Olmasının Səbəbləri Açıqlandı
Sonrakı xəbərAzərbaycanda 15.00-dən sonra ictimai iaşə müəssisələrinin fəaliyyəti qadağan edildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın