Almaniyada koronavirusdan (COVID-19) ölüm hallarının sayının başqa Avropa ölkələri ilə qarşılaşdırdıqda qeyri-adi dərəcədə aşağı olmasının səbəbi açıqlanıb.

Bununla bağlı “Financial Times” yazıb. Dərgi vurğulayır ki, Almaniya böyük zərbə alan ölkələrdən biridir və dünyada yoluxanların sayına görə (20 mindən çox) ilk beş ölkə arasındadır. Ölkədə bu günə qədər koronavirusdan 70 nəfər ölüb, 180 nəfər tamamilə müalicə edilib.

Bununla belə, Almaniya COVID-19-dan ölüm faizinə görə dünyada ən aşağı göstəricisi (0,35%) olan ölkədir.

Koronavirusdan zərər çəkmiş başqa ölkələrdə bu göstərici 10 faiz (İtaliya), 3 faiz (Fransa), 5 faiz (İspaniya) və 4 faizdir (Çin).

Mütəxəssislər sözügedən anomaliyanın səbəbini epidemiyanın bu ölkədə erkən mərhələdə olunması və yoluxanların daha aşağı orta yaşı ilə izah ediblər. Belə ki, Almaniyada yoluxanların 80 faizindən çoxunun yaşı 60-dan aşağıdır.

Bundan başqa, mütəxəssislər Berlinin koronavirusa görə həftədə 160 mindən artıq analiz aparmaq imkanına işarə edirlər. Bu isə böhranın başlandığı vaxtdan bəri bütün Avropa ölkələrinin birlikdə apardıqları testlərin sayından çoxdur.

Başqa bir amil xəstəxanaların bütün gərəkli avadanlıqlarla peşəkar şəkildə təchiz edilməsidir. Belə ki, martın ortalarında Almaniya hökuməti ağciyərlərin havalandırılması üçün əlavə 10 min cihaz sifariş edib (bundan öncə tibb müəssisələrində 25 min cihaz var idi).

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın