Paşinyan hakimiyyətə gələndə bir növ Ermənistanın pərdəarxasında apardığı siyasətini üzə çıxardı. O bunu ya düşdüyü durumdan asılı olaraq, ya da özünə çox arxayın olduğu üçün etdi. Müəyyən mənada Ermənistanın əsl niyyətinin nə olduğunu ortaya qoydu. Elan etdi ki, işğal edilmiş ərazilər faktiki olaraq Ermənistandır.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov deyib.

O bildirib ki, Ermənistan daxilində durumun bu həddə gəlib çatması Paşinyanın illər boyu Ermənistanın apardığı siyasətin üzünü açması ilə baş verdi:

“Paşinyan elə bildi ki, o xalqın iradəsi ilə hakimiyyətə gəlib. Lakin, bu heç də elə deyil. Təbii olaraq bütün bu baş verənlər Ermənistan daxilində siyasi gərginliyə, sosial-iqtisadi problemlərin kəskinləşməsinə gətirib çıxardı. Ermənistan daxilində cəbhədə ciddi məğlubiyyətlə şərtlənən qarşıdurmada sosial gərginliyin daha da dərinləşməsinə zəmin yaratdı. Xalqın iradəsi ilə seçildiyini düşünən Paşinyan elə bilirdi ki, hansısa demokratik cəmiyyət qurub. O elə zənn etdi xalq onun arxasında dayanacaq və başladı populist çıxışlar, bəyanatlar verməyə.

Paşinyanın populist çıxışları, bəyanatları tərəflər arasında danışıqlar prosesinin pozulmasına səbəb oldu. Ermənistan cəmiyyətini faktiki olaraq uçuruma apardı”.

Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün aparılan Vətən müharibəsi nəticəsində Qarabağdan Ermənistana 90 min erməninin getdiyi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirən ekspert bu məlumatın həqiqəti əks etdirdiyini düşünmədiyini deyib:

“Mən hesab etmirəm ki, Qarabağda əvvəllər də 90 min erməni yaşamış olsun. Bu rəqəmlər etibarlı deyil. Ümumiyyətlə Ermənistan tərəfin heç bir məlumatını mən dəqiq hesab etmirəm. Təxmin edirəm ki, ən yaxşı halda hərbçilərlə birlikdə 50 min nəfər yaşamış ola bilər”.

Ekspert onu da qeyd edib ki, Paşinyanın Sorosun adamı olması və Rusiyadan uzaqlaşması ilə bağlı məsələyə münasibət bildirmək çox çətindi:

“Ermənistan bu dəqiqə elə bir vəziyyətə düşüb ki, hansı tərəfə meyilli olduğunu demək çətindir. Bu dəqiqə Ermənistan düşdüyü vəziyyətdən çıxmaq üçün istənilən yola əl atır. Prezident İlham Əliyevin də öz çıxışında dediyi kimi Nikol Paşinyan bütün dünya liderlərinə zəng edib. Zəng etmədiyi uzaq Afrikada hansısa qəbilə başçıları qalıb.

Paşinyanın Rusiyadan uzaqlaşıb NATO-ya, Qərbə meyillənməsi bunların hamısı heç bir stabil siyasətdən xəbər vermir. O elə düşündü ki, Soros, Qərb onun arxasında dayanacaq. Lakin, reallıq deyilən bir şey var. Bu gün Rusiyaya da, NATO-ya da yalvarır. N.Paşinyan bir rəhbər, lider kimi Ermənistan cəmiyyətini fəlakətə sürükləyir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın