G7 liderləri Çinə uyğur türkləri və COVID-19-la bağlı çağırış etdilər

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırırlar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı bazar günü Karbis-Bey şəhərində Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, Kanadanın, ABŞ-ın, Fransanın və Yaponiyanın qeyri-formal birliyinin üçgünlük sammitinin nəticəsinə görə əldə olunan anlaşmanın nəticəsinə istinadən “Reuters” agentliyi xəbər verib.

“Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik”, – sənədin layihəsində deyilir. “Yeddilik” ölkələri liderlərinin birgə bəyanatında belə frazadan ilk dəfə istifadə olunur.

G7 ölkələrinin liderləri Cənubi Çin və Şərqi Çin dənizlərində durumdan ciddi rahatsızlıqlarını ifadə ediblər.

“Biz Cənubi Çin və Şərqi Çin dənizlərində durumdan rahatsızıq, həmçinin status-kvonu istənilən formada birtərəfli dəyişdirmək və gərginliyi gücləndirmək çalışmalarına qarşı çıxırıq”, – sənəddə deyilir.

G7 ölkələri rəsmi Pekini Çin Xalq Respublikasının Sinszyan-Uyğur Muxtar rayonunda uyğurların hüquqlarına və azadlığına, həmçinin Honkonqun muxtariyyətinə sayğı göstərməyə çağırblar.

G7 ölkələri həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında yeni koronavirusun mənşəyi ilə bağlı ikinci araşdırmasının aparılmasına çağırıblar.

G7 Paris anlaşması çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin illik maliyyələşdirilməsini 100 milyard dollara qədər artırmaq niyyətindədir.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir