Fuad Axundov: Ermənistan açıq səma altında “vandalizm muzeyi”dir

Bu gün Ermənistan açıq səma altında “vandalizm muzeyi”dir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov CBC TV-yə müsahibəsində deyib.

“Ermənistan bütün Azərbaycan memarlığını dağıdıb, onu özünün yeni tikililəri ilə əvəz etməklə öz memarlıq görünüşünü tamamilə dəyişdirən yeganə ölkədir. Tam əminliklə söyləmək olar ki, bura açıq səma altında vandalizm “muzeyi”dir. Dünyada bu cür başqa bir ölkə yoxdur”, – deyə Fuad Axundov qeyd edib.

F.Axundov həmçinin bildirib ki, Azərbaycan irsini təşkil edən tarixi, mədəni və dini abidələri məhv etdikdən sonra Ermənistan bütün şəhər və kənd adlarını tamamilə dəyişdirərək şəhərləri yenidən qurub.

“Yerli Azərbaycan əhalisini öz ölkəsindən qovmaqla Ermənistan Azərbaycanın bütün tarixi irsini məhv etdi, bütün toponimləri və hidronimləri dəyişdirdi, həmçinin Alban kilsələrinin qədim memarlığını da erməniləşdirdi. Ermənistanın bütün ərazisində on minlərlə azərbaycanlının qəbrləri dağıdıldı”, – deyə F.Axundov qeyd edib.

Qeyd edək ki, Prezident Administrasiyasının Xarici KİV və QHTlərlə iş sektorunun müdiri Fuad Axundov daha öncə Trend-ə özəl müsahibəsində dediyi kimi, Ermənistan nasizmin qalib gəldiyi bir ölkədir və buradan təbii olaraq onların antisemitizmi orataya çıxır. Nümunə olaraq o, Ermənistanda hələ də Qaregin Njdenin abidəsinin olduğunu yada salmışdı:

“Ermənistanda həm insanların, həm memarlığın, həm toponimiyanın, həm də tarixin etnik təmizlənməsi həyata keçirilib.

Hitlerdən fərqli olaraq, Ermənistanda monomilli bir ölkə yarada, Azərbaycanın memarlığını məhv edə və bütün şəhər və kəndlərin adını özününküləşdirə biliblər.”.

O bildirib ki, Ermənistan dörd polietnik dövlətlə əhatə olunub, ancaq özü daxilində yalnız ermənilərin yaşadığı suayırıcı xəttlə ayrılıb: “Ermənistanın dörd qonşu ölkədən üçünə qarşı ərazi iddiaları var”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir