Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra bir neçə rus ailəsi bu ərazilərə qayıtmaq üçün müraciət edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelin deyib.

Onun sözlərini görə, indiyədək Goranboy rayonunun Rus Borisi kəndindən 15 ailə müraciət edib. Bundan başqa, Rusiyanın Krasnodar diyarından molokanlardan müraciət daxil olub. Bu ailələr əvvəllər Tərtər rayonunun işğal olunmuş Göyarx kəndində yaşayıb və erməni təcavüzü nəticəsində oradan köçürülüb.

Deputat bildirib ki, müraciət edənlər faktı təsdiq edən sənədlər və fotolar da göndərir:

“Bu kənd indi dağıdılıb. Müraciət edənlər məndən doğma kəndlərinə qayıtmağa yardım göstərməyimi xahiş edir. Biz bu məsələni gözdən keçirəcəyik. Mən razılıq alınması üçün ölkə rəhbərliyinə və uyğun strukturlara müraciət edəcəm”.

M.Zabelin vurğulayıb ki, indi bir sıra rus ailələrinin azad edilmiş torpaqlara qayıtması məsələsi perspektivdədir və bununla bağlı Rusiyadan müraciətlər var. İndi bu faktları təsdiq edən sənədlərin toplanması davam edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın