Rusiya Dövlət Dumasının üzvü, “Vətən” partiyasının sədri Aleksey Juravlyov Qarabağın işğal altında olduğu illər boyunca Şuşadakı pravoslav kilsəsinin erməniləşdirilməsini, onun memarlıq üslubunun erməni tərzinə uyğunlaşdırılmasını rusofobiyanın təzahürü sayır.

“Rus kilsəsinin işğalı, mənəvi dəyərlərə hücum – bu rusofobiyanın ən bədnam və ən alçaq təzahürüdür. Azərbaycanın azad olunmuş torpaqlarındalı səyləri hər cür sayğıya dəyərdir”, – deyə deputat öz “Facebook” səhifəsində bildirib.

Qeyd edək ki, burada söhbət Şuşa şəhərindəki Müqəddəs İohan kilsəsindən gedir. Ermənistan tərəfi işğaldan sonra 1992-ci ildə onu erməni məbədi elan edib.

Kilsənin köhnə təsvirində onun XIX əsrdən sonra erməni işğalınadək olan dövrdəki görkəmi və burada rus pravoslav kilsəsinə xas olan, eyni zamanda erməni dini memarlıq ənənələrilə ziddiyyət təşkil edən bir çox elemetlər – gümbəz və zəng qülləsi açıq-aydın şəkildə izlənilir. Məbədin nisbətən yeni fotosunda isə həmin gümbəzin “möcüzəli surətdə” yoxa çıxdığı və onun yerinə tipik erməni konusunun peyda olduğu görünür.

Əlbəttə ki, ermənilər bütün bu dəyişiklikləri Qarabağın heç zaman azad olunmayacağı və onların əməllərinin heç vaxt üzə çıxmayacağı düşüncəsilə ediblər.  

Belə olan halda, A.Juravlyovun yayımladığı sözügedən postun sonunda Rizvan Hüseynovun bu hadisə ilə bağlı məqaləsinə keçid yerləşdirib. Məqalədəki fotolar faktiki olaraq Şuşadakı Müqəddəs İohan rus kisəsininin “oğurlanması” və onun qeyri-qanuni şəkildə tamamilə yeni “Xanaç jam” adıyla Erməni apostol kilsəsinə çevrilməsi üzrə Ermənistana qarşı irəli sürülmüş bir ittihamdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın