Korrupsiya və ticarət dövriyyəsində günahlandırılan Fransanın eks-prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy) bu gün hakim qarşısına çıxacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Pravda.ru-nun yazdığına görə, Nikola Sarkozi müasir Fransa Respublikasının müttəhim kürsüsünə oturan ilk keçmiş prezidenti olacaq.

Yada salaq ki, N.Sarkozi Fransaya 2007-2012-ci illərdə başçılıq edib.

Fransalı müstəntiqlərin Sarkozinin seçki kampaniyası ilə əlaqəli korrupsiya iddialarını araşdırması bir neçə il çəkib.

O, “L’Oreal”ın sahibi Lilian Bettankurun “gizli ianələr”ini istifadə etməklə yanaşı, 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyadan (o zaman Müəmmar Qəddafi hakimiyyətdə idi) milyonlarla avro almaqda şübhəli bilinir.

Bundan başqa, prokurorluq Sarkozi və onun o zamankı vəkili Tierri Hersoqun davam edən istintaq haqqında məlumat almaq üçün Jilber Aziberə (keçmiş baş prokuror – red.) rüşvət verməyə çalışaraq Monakoda prestijli bir iş təklif etdiyi iddia olunur.

2018-ci ildə Nikola Sarkozi korrupsiyada, qanunsuz kampaniya maliyyələşdirilməsində və dövlət vəsaitlərinin mənimsənilməsindən qazanc əldə etməkdə və 2020-ci ilin oktyabrında “sui-qəsddə iştirakda” günahlandırılıb.

Sarkozi özü isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın