Avstraliya hərbçilərinin Əfqanıstanda qətllərdə iştirakını təsdiqləyən hesabatın yayılmasından sonra son üç həftədə doqquz hərbçi intihar edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı “Daily Mail” dərgisi məlumat yayıb.

Mənbə yazır ki, qısa bir müddətdə doqquz hərbi qulluqçunun intihar etməsi Avstraliya ordusu tarixində görünməmiş bir hadisədir.

Qeyd edək ki, Avstraliyada istintaq xüsusi təyinatlı zabitlərin Əfqanıstandakı 2005-2016-cı illərdəki fəaliyyətini araşdırır. Bildirilir ki, xüsusi təyinatlılar onlarla mülki vətəndaşın qətlində şübhəli bilinir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın