“Azərbaycanda fəaliyyət göstərən xarici diplomatları buraya – Füzuli rayonuna ona görə gətirdik ki, onlar erməni vəhşiliyini, vandalizmini öz gözləri ilə görsünlər”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı jurnalistlərə açıqlamasında xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, ölkə başçısının tapşırığına uyğun olaraq, xarici ölkələrin Azərbaycandakı səfirləri ilə yanaşı, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. Səfərdə 120-dən artıq diplomat iştirak edib.

Onlar şəhərdə ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Diplimatlara məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri dağıdıblar.

Bununla yanaşı, ermənilər bir vaxtlar Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar.

Diplomatlara bildirilib ki, Füzuli sakinlərinin yurd həsrətinə 27 ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub.

Hikmət Hacıyev vurğulayıb ki, bu səfər əvvəllər mümkün deyildi:

“Çünki biz fiziki olaraq bura gələ bilmirdik. Ermənilər burada hər şeyi darmadağın ediblər. Diplomatları buraya ona görə gətirdik ki, bu vəhşilikləri öz gözləri ilə görsünlər. Bundan əvvəl jurnalistləri də gətirmişdik.

İndi isə diplomatları gətirdik. Məqsədimiz ermənilərin azərbaycanlılara, Azərbaycan tarixinə, mədəniyyətinə qarşı hansı vandalizm aktlarını törətdiklərini bütün dünyaya göstərməkdir”.

“Ermənistan tərəfindən Füzuli şəhərinin dağılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq. Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk. “Ruh şəhər” Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq”, – deyə Prezidentin köməkçisi öz “Twitter” hesabında paylaşım edib.

Hikmet Hajiyev on Twitter: In front of vandalized Cultural Center of Fuzuli city by Armenia

.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın