“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır“.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Report informasiya agentliyinin yerli bürosuna Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən deyib.

Onun sözlərinə görə, Azərbaycanın qələbəsinin gücləndirilməsi mərhələsi uğurla davam edir: “Otuz ildən sonra Azərbaycan Qarabağ problemini həll etməyi bacarıb. Halbuki ATƏT-in Minsk qrupu buna nail ola bilməmişdi. Baxmayaraq ki, çoxlu sayda qətnaməyə səs vermişdik.

Azərbaycan Prezidenti İlham Əliyev əməliyyatları uğurla başa çatdırmağa nail olub və artıq bir ildir münaqişə həll olunub. Bu gün Azərbaycan qələbəsinin gücləndirilməsi dövrünü yaşayır. Bu gün Azərbaycan sülhün bərpa olunması dövrünə qədəm qoyub”.

J.Perən deyib ki, bu mərhələdə Azərbaycanın qarşısında həll olunmalı bir sıra önəmli məsələlər durur: “Bunlardan biri Qarabağda yaşayan ermənilərin vətəndaşlığı məsələsidir. Azərbaycanın bu məsələlərdə mövqeyi gün kimi aydındır. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ancaq bu məsələyə ermənilər etirazlarını bildirirlər və bundan sonra da müqavimət göstərməkdə davam edəcəklər.

Özəlliklə bu məsələ ATƏT-in Minsk qrupu səviyyəsində müzakirələrə çıxarılacaq və ermənilər həmsədrlərə təsir göstərməyə çalışacaqlar. Ermənilər daha çox Fransaya təsir göstərməkdə davam edəcəklər. Ancaq mən bu məsələdə də Azərbaycanın uğur qazanacağına inanıram”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın