Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı 2018-in ilk finalçısı Sankt-Peterburq stadionundakı Fransa-Belçika qarşılaşmasından qələbə ilə ayrılan xoruzlar olub.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Didye Deşamın baş məşqçisi olduğu komanda yarımfinalda Belçika yığmasını üstələyib. Oyunda tək qolu 51-ci dəqiqədə Samuel Umtiti vurub. O, künc zərbəsindən sonra topu başla qapıya göndərib.
Beləliklə, Fransa millisi 12 ildən sonra dünya çempionatının finalına yüksəlib.
DÇ-2018, ½ final: 22:00 Fransa – Belçika – 1:0
France v Belgium – 2018 FIFA World Cup Russia™ – Match 61
Qol: Samuel Yumtiti, 51
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, “Sankt-Peterburq” stadionu
İkinci finalçı iyulun 11-də Xorvatiya-İngiltərə yığmaları arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.
Fransa hələlik Dünya Çempionlu titulunu bir dəfə – 1998-ci ildə qazanıb.