Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Rusiya komanda və klublarının bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, FIFA və UEFA bu qərarın Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarla bağlı verildiyini vurğulayıb.

Yada salaq ki, martın 24-də Rusiyanın kişilərdən ibarət komandası 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının finalına çıxmaq üçün pley-off turnirinin yarımfinalında Polşa komandası ilə Moskvada oynamalı idi. Rusiyanın qadınlardan ibarət komandası isə iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa Çempionatında iştirak etməli idi.

Eyni zamanda UEFA “Spartak”ın (Moskva) Avropa Liqasında çıxışını qadağan edib. Komanda Avropa Liqasının 1/8 finalında Almaniyanın “Leyptsiq” klubu ilə qarşılaşmalı idi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın