Futbol üzrə Avropa çempionatı EURO-2020-nin 1/4 final mərhələsində qarşılaşacaq bütün cütlər bilindi: İsveçrə-İspaniya, Belçika-İtaliya, Çexiya-Danimarka və Ukrayna-İngiltərə.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, növbəti mərhələyə iyulun 2-də Rusiyanın Sankt-Peterburq şəhərində start veriləcək. Həmin gün Bakı vaxtı ilə saat 20:00-da İsveçrə və İspaniya yığmaları üz-üzə gələcək. Saat 23:00-da isə Almaniyanın Münhen şəhərində Belçika və İtaliya milliləri görüşəcək.

İyulun 3-də ilk oyun Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşacaq. Oyunun start fiti saat 20:00-da çalınacaq. Saat 23:00-da İtaliyanın paytaxtı Romadakı Olimpiko stadionu Ukrayna və İngiltərə millilərinin ixtiyarına veriləcək.

Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyulda, final matçı 11 iyunda İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın