Bu gün Lissabonda Eurovision Song Contest 2018 (ESC2018) mahnı yarışmasının ilk yarımfinalı baş tutub. Azərbaycanın təmsilçisi Aysel Məmmədova (AISEL) “X My Heart” mahnısı ilə yarışmada ilk yarımfinalda birinci çıxış edib. Ancaq Azərbaycan yarışmaya qoşulmağa başladığı 2008-ci ildən bu yana ilk dəfə olaraq finala çıxa bilməyib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Aysel Məmmədova ilk yarımfinalda 1-ci sırada “X My Heart” mahnısı ilə çəxış edib.

Aisel – X My Heart – Azerbaijan – LIVE – First Semi-Final – Eurovision 2018

İlk yarımfinalın 19 iştirakçısından 10-u finala çıxıb:

Avstriya, Cesar Sampson (Nobody But You),

Estoniya, Elina Nechayeva (La Forza),

Kipr, Eleni Foureira (Fuego),

Litva, Ieva Zasimauskaite (When We’re Old),

İsrail, Netta (Tou),

Çexiya, Mikolas Josef (Lie To Me),

Bolqarıstan, EQUINOX (Bones),

Albaniya, Eugent Bushpepa (Mall),

Finlandiya, Saara Aalto (Monsters),

İrlandiya, Ryan O’Shaughnessy (Together)

Finala Azərbaycanla yanaşı İslandiya, Belçika, Belarus, Makedoniya, Xorvatiya, Yunanıstan, Ermənistan və İsveçrə də çıxa bilməyib.

Bu il yarışmaya 43 ölkə qatılıb. “Eurovision-2018″in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

Öncəki xəbərAzərbaycan XİN sözçüsü Şuşa şəhərinin işğalı ilə bağlı açıqlama yayıb
Sonrakı xəbərCinayət İşi: Ağcabədidə 2 Yoldaşın Qorxunc Əməli Cəzasız Qalmadı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın