Dünya şöhrətli italyan müğənni Eros Luciano Walter Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan konsert Bakı Kristal Zalda (Baku Cristal Hall) olub.

Şou proqramda milyonların sevimlisi Eros Ramazzotti məşhur mahnıları ilə izləyicilərin qarşısına çıxıb. ANS PRESS-in məlumatına görə, romantik balladaları özünəməxsus ifa tərzi ilə seçilən Eros Ramazzottinin Bakı konserti “Perfetto” dünya turu çərçivəsində təşkil olunub. Konserti izləməyə gələnlər arasında dövlət rəsmiləri, tanınmış simalar da olub. Tamaşaçıları salamlayan Eros Ramazzotti Azərbaycan dilində onlara təşəkkür edib.

İfaçı Instagram sosial şəbəkəsində konsertdən video paylaşıb. Konsertdə çəkilən şəkillər də qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb.

Eros Ramazzottinin Instagramında Bakı konsertindən video-kadrlar

Eros Ramazzotti 28 oktyabr 1963-cü il tarixində Romada dünyaya gəlib.

1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazzotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazzotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.

İtalyan müğənni və bəstəkar həm Avropa ingilis dilli ölkələrdə, həm də ispan dilli ölkələrdə tanınmış dünya ulduzudur. Eros Ramazzottinin konsertləri hər bir zaman gözəl musiqi, zövq və unikal şou deməkdir.

Öncəki xəbərQalatasaray Basketbol Klubu İlk Dəfə Avropa Kubokunu Qazandı
Sonrakı xəbərRio 2016 Yay Olimpiya Oyunlarının Məşəli Alovlandırıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın