Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına məxsus videogörüntülər ələ keçirib. Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə ANS PRESS bildirir ki, ələ keçirilən videogörüntülərdə terrorçuların Yüksəkovanın mərkəzində bir evdə toplantı keçirdiyi görünür.

Kadrlarda Rozerin kod adlı bir terrorçu Rızgar kod adlı başqa bir terrorçuyla danışır. Bu söhbət əsasında ermənilərin də terror təşkilatındakı “rolundan” danışılır. Rozerin “Ermənilər də PKK-nın apardığı döyüşlərdə iştirak edir” deyir. Rızgar adlı terrorçuysa ona “ermənilər də olmasa siz bu müharibəni qazana bilməzdiniz” deyə cavab verir.


Erməni terrorçularının Türkiyədə döyüşdüyünə dair video

Bu, ermənilərin PKK-ya kömək etdiyini sübut edən ilk fakt deyil. Aprel ayının 10-da Türkiyənin cənub şərqində PKK terror təşkilatına qarşı aparılan antiterror əməliyyatları zamanı öldürülən 7 snayperçinin Ermənistan ordusunun xüsusi təyinatlısı olduğu məlum olub.

Terror üzrə beynəlxalq ekspert, ehtiyatda olan zabit, professor Məsut Haqqı Caşin erməni terror təşkilatı ASALA ilə PKK arasındakı dərin tarixi köklərə diqqət çəkib.

Məsut Haqqı Caşin - terror üzrə beynəlxalq ekspert
Məsut Haqqı Caşin – Terror üzrə Beynəlxalq Ekspert

“ASALA” bitməyib. O,  silahlı terror hərəkatı PKK-ya çevrilib. Mən də bölgədə zabit olaraq vəzifəmi yerinə yetirmişəm. PKK-nın bəzi qolları “ASALA”dan təşkil olunub. Son iki-üç ayda baş verən toqquşmalarda ölən PKK snayperlərinin yeddisi erməni zabitidir. Hətta zərərsizləşdirilən ermənilərin cənazələrinin Ermənistana aparılmaması, həmin ölkə ilə PKK arasında problem yaranmasına səbəb oldu”.

Həmin hadisədən bir neçə gün əvvəl də Ermənistan ilə PKK arasındakı münasibətlər türk mətbuatı tərəfindən ifşa edilmişdi. Aprelin əvvəllərində Qarabağda baş verən hadisələrdən sonra Ermənistan ordusu ciddi itkilərlə üzləşib və yaşlıları belə məcburi şəkildə təmas xəttinə yığmağa başlayıb.

Amma öz istəyinə nail ola bilmədiyini görəndə Ermənistan PKK terror təşkilatına üz tutub. Təşkilat isə öz növbəsində Ermənistana dəstək məqsədilə 400 silahlı göndərib. Türkiyə mətbuatı bildirir ki, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gündən – aprelin 2-dən bu yana terrorçular regiona göndərilməyə başlanılıb. Həmin terrorçular Kandil dağı və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq Ağrı dağı ərazisindən Ermənistana keçiblər.

Terrorçular Göyçə gölü ətrafında PKK üçün ayrılan Vardenes düşərgəsində yerləşdiriliblər. Ermənistana terrorçular göndərmə planına rəhbərlik edən şəxs Türkiyənin Tunceli şəhərində doğulan Bese Hozat adlı PKK üzvü olub.

Təmas xəttinə göndərilən terrorçular arasında PKK-nın Suriya qolu olan PYD sıralarında döyüşən 150 erməni də vardı.

Məlumata görə, Dağlıq Qarabağa göndərilən ermənilər Azərbaycanın 3 rayonunda yerləşdirilib. Bunlar Şuşa, Laçın və Kəlbəcərdir. Buradan isə təmas xəttinə daha yaxın olan və döyüşlər gedən Ağdam, Cəbrayıl, Zəngilan və Füzuliyə göndəriliblər.

PKK təlimatı ilə göndərilən terrorçular arasında bomba sahəsində təlim görənlər daha çoxdur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın