Ukrayna kəşfiyyatçıları Krım Muxtar Respublikasının yaxınlığında döyüş atışlı təlim tapşırıqları yerinə yetirir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, indi müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasının ərazisi ilə inzibati sərhəd yaxınlığında döyüş tapşırıqlarını yerinə yetirən kəşfiyyatçı döyüşçülər düşməni yaxın məsafədən dəf etmək üçün təlimlər keçir.

Döyüşçülər atəş xəttinə qədər irəlilədikdən sonra bir-birini mühafizə edərək müxtəlif üsullarla döyüş meydanında hərəkət edirlər. Bu üsul müxtəlif mövqelərdən məqsədyönlü atəşlər aparmağa, eyni zamanda ərazinin və düşmənin hərəkətlərinin kəşfiyyatını izləməyə imkan verir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın