Ermənistan Xarici İşlər Nazirliyi “Novaya Gazeta”nın müxbiri İlya Azara Dağlıq Qarabağda işləmək üçün verilən jurnalist akkreditasiyasını ləğv edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı rusiyalı jurnalist İlya azar öz “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bundan əvvəl verilmiş akkreditasiya kartı da geri alınıb və jurnalist fəaliyyəti qadağan edilib.

“Halbuki Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq başqa jurnalistlər kimi mənə xüsusi olaraq Qarabağda işləmək üçün akkreditasiya verilmişdi. İddialara görə, artıq proses zamanı (Mən Qarabağda olan zaman, hansı ki, “DQR” sərhədçiləri heç bir sorğu-sualsız buraxır) akkreditasiya proseduru dəyişdirilib, bu barədə mənə elektron poçtla bildirildi (!)”.

Qeyri-rəsmi (və əsas) səbəb, mənə izah etdikləri kimi, Şuşa və Laçından reportajım oldu. Hansı ki, Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, cəmiyyətdə mənfi rezonans (bu həqiqətdir) doğurdu”.

İlya Azar həmçinin bu məqalədə saxta faktların olmadığını vurğulayıb.

Xatırladaq ki, “Novaya Gazeta”nın müxbiri İlya Azar Dağlıq Qarabağda döyüşən və milliyətcə erməni olan fransız muzdlu əsgər Artur Ohanisyandan müsahibə alııb.

– Necə oldu ki, cəbhəyə düşdünüz? – jurnalist aydınlaşdırır.

– Sadəcə gəldim, hətta heç bir sənəd də yoxdur, avtomat aldım və irəli. Orada iki qardaşım var idi və onların ardınca getdim və qaldım. Fransa vətəndaşıyam, iki həftə əvvəl oradan gəlmişəm. Bu insana qarşı müharibə deyil, təyyarələrə, “Qrad”a qarşı müharibədir.

“Dünən Hadrutda (Qarabağdakı bütün müharibə günlərində ağır bombardman edilən şəhər) olduq, zabitlər gəlib komandirin mühakimə olunacağını söylədilər. O, bir neçə gün əvvəl gecə bütün gəncləri toplayıb və Cəbrayıldan getmələrini söyləyib. Yuxarıdan gələn əmrlərə tabe olmayıb. O, özü deyib ki: “Bunlar uşaqdır, on gündür çağırılıblar, ancaq onlara silah verilir”. Nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən xidmət keçmişəm, ancaq  hətta bu xidmət orada kömək etməyəcək. Aviasiya və artilleriyaya qarşı avtomat. Mən orada yaşayan bir cəsəd kimiyəm”, – Artur deyir.

Rusiya nəşrinin müxbirinin verdiyi məlumata görə, fransız muzdlu əsgər işğalçıların hərbi komandanlığından və Ermənistan rəhbərliyindən açıq şəkildə narazı olub.

“Orada hər şey çox pisdir. Biz Cəbrayılda birinci xətdən gəldik”, – deyə Arturun dostu söhbətə daxil olur.

“Hakimiyyət itkilərin 200-ə yaxın olduğunu bildirir. Ancaq 200 nəfər gözümün önündə, bizim xətdə öldü! Orda ümumilikdə minlərlə ölü var!”, – Arthur əminliklə bildirib.

– Ermənistanda deyirlər ki, bizdə hakimiyyətin başında çox pis insanlar oturub: “Cəbrayıl, irəli”, ancaq artıq ora yoxdur”, – sadə cins və kamuflyaj gödəkçədə olan daha bir könüllü əlavə edir.

“Bu müharibəyə baxıb anladım ki, əgər bu cür döyüşsək, hər şeyi verəcəyik. Azərbaycan Laçını qaytarmaq istəyir, ancaq onlar o qədər cəsarətlidirlər ki, hətta Ermənistana da gələ bilərlər”, – Artur deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın