Silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qoruyub saxlayacaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sözləri Ermənistan Baş Qərargahının yeni rəisi Artak Davtyan yaydığı bəyanatda deyib.

O deyib ki, silahlı qüvvələr qarşısına qoyulan tapşırığı yerinə yetirəcək və Ermənistanın təhlükəsizliyini təmin edəcək.

O, Baş Qərargahın Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatından sonra situasiyanın ordu rəhbərliyində həll edildiyini, prosesin qanuni müstəviyə keçdiyini vurğulayıb:

“Ermənistan silahlı qüvvələri, Konstitusiyaya uyğun olaraq hökumətə tabedir və siyasi məsələlərdə neytrallığını saxlayır, təhlükəsizliyi, Ermənistanın ərazi bütövlüyünü və toxunulmazlığını təmin edir”.

Qeyd edək ki, bu gün Nikol Paşinyan Artak Davtyanın artıq Baş Qərargah rəisi vəzifəsini yerinə yetirməyə başladığını bildirib.

Davtyan 24 may 2018-ci ildən Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdi. Ancaq koronavirus məhdudiyyəti zamanı oğluna toy etdiyi üçün vəzifəsindən azad edilmişdi. Baş Qərargahın Paşinyana qarşı son bəyanatından sonra Baş nazir Davtyanı yenidən bu vəzifəyə təyin edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın